Xəzər Xəbər

"Bakı-2018": Orxan Səfərovun növbəti rəqibi müəyyənləşib

İdman | 11:26 • 20 Sentyabr 2018
"Bakı-2018": Orxan Səfərovun növbəti rəqibi müəyyənləşib

Çüdoçumuz Orxan Səfərovun (60 kq) Bakı mundialında növbəti rəqibi müəyyənləşib.

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi 1/16 finalda Madaqaskar təmsilçisi Abdou Bin Nazir ilə qarşılaşacaq.

11:05

Çüdoçumuz Orxan Səfərov (60 kq) ilk görüşünü qələbə ilə başa vurub.

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan O.Səfərov 1/32 finalda monqolustanlı Amartuvşin Bayaraanı məğlub edib. Növbəti mərhələdə idmançımız Edvin Sello (Botsvana)-Abdou Bin Nazir (Madaqaskar) cütünün qalibi ilə üz-üzə gələcək.

Xəbər lenti