Xəzər Xəbər

Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub

İdman | 09:53 • 20 Sentyabr 2018
Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub

Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub.

İkinci oyun günündə 8 görüş keçirilib. Ötən turnirin qalibi olan İspaniya "Real Madrid"i doğma meydanda İtaliyanın "Roma" klubunu sınağa çəkib. Görüş "Kral klubu"nun böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

"Real Madrid"in sabiq futbolçusu Kriştianu Ronaldunun yeni komandasındakı debütü uğursuz olub. Belə ki, Ronaldu rəqibin cərimə meydançasında topsuz halda rəqibi vurduğu üçün qırmızı vərəqə alıb. Amma buna baxmayaraq, "Yuventus" "Valensiya"ya penalti qolları ilə qalib gəlib - 2:0.

Eyni hesabla Almaniya "Bavariya"sı Portuqaliyada "Benfika"ya qalib gəlib. İngiltərənin "Mançester Yunayted" klubu İsveçrədə "Yanq Boyz"u, "Ayaks" Hollandiyada Yunanıstan AEK-ini darmadağın edib - 3:0.

Ukrayna təmsilçisi "Şaxtyor" evdə Almaniya "Hoffenhaym"ı, Rusiya MOİK-i isə Çexiyada "Viktoriya" ilə görüşlərdə məğlubiyyətdən qurtulub - 2:2.

Gecənin sensasiyası isə "Mançester Siti"nin İngiltərədə Fransa "Lion"una uduzması olub - 1:2.

Çempionlar Liqası, I tur

19 sentyabr

E qrupu

20:55. "Ayaks" (Hollandiya) - AEK (Afina, Yunanıstan) - 3:0

Qollar: Nikola Talyafiko, 46; 90. Donni van de Beek, 77

23:00. "Benfika" (Portuqaliya) - "Bavariya" (Münhen, Almaniya) - 0:2

Qollar: Robert Levandovski, 10. Renato Sançes, 54

F qrupu

20:55. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Hoffenhaym" (Almaniya) - 2:2

Qollar: İsmaili, 27; Maykon, 81 - Florian Qrillitş, 6. Havard Nordtvayt, 38

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) - 1:2

Qollar: Bernardo Silva, 67 - Maksvel Korne, 26. Nabil Fekir, 43

G qrupu

23:00. "Viktoriya" (Plzen, Çexiya) - MOİK (Moskva, Rusiya) - 2:2

Qollar: Mixael Krmençik, 29; 41 - Fyodor Çalov, 49.

23:00. "Real Madrid" (İspaniya) - "Roma" (İtaliya) - 3:0

Qollar: İsko, 45. Qaret Beyl, 58. Mariano Dias, 90+2

H qrupu

23:00. "Valensiya" (İspaniya) - "Yuventus" (İtaliya) - 0:2

Qol: Miralem Pyaniç, 45; 51 (hər ikisi pen.)

Qırmızı vərəqə: Kriştianu Ronaldu, 29 ("Yuventus")

23:00. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) - 0:3

Qollar: Pol Poqba, 35; 44 (pen.)

Xəbər lenti