Xəzər Xəbər

Ümumdünya Şahmat Olimpiadası: Gürcüstan estafeti Azərbaycandan qəbul edir

İdman | 22:12 • 19 Sentyabr 2018
Ümumdünya Şahmat Olimpiadası: Gürcüstan estafeti Azərbaycandan qəbul edir

Sentyabrın 23-də Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadası başlayacaq.


Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Georqadze AZƏRTAC-a bildirib ki, şahmat olimpiadasına 185 kişi və 151 qadın komandası qatılacaq. Olimpiadada ABŞ, Azərbaycan, Çin, Rusiya, Hindistan, Ukrayna, Fransa, Ermənistan, İngiltərə və İsrail yığma komandaları mübarizə aparacaq. Yarışlar oktyabrın 5-dək davam edəcək.


G.Georqadze deyib ki, Gürcüstan 2014-cü ildə Kanadanın Toronto şəhərində FIDE-nin Baş Assambleyasında 93 səs çoxluğu ilə Cənubi Afrika Respublikasının Durban şəhərini (58 səs) üstələyərək 43-cü olimpiadanın Batumidə keçirilməsinə nail olub.


Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası Bakıda keçirilib və Gürcüstan estafeti Azərbaycandan qəbul edir.


Bunu ölkəsi üçün çox önəmli, qürurverici və əlamətdar hadisə adlandıran federasiya prezidenti bildirib ki, olimpiadada 189 ölkədən 4 minə yaxın idmançının və qonağın iştirakı gözlənilir.


Olimpiadanın rəsmi sponsoru SOCAR-dır.

Xəbər lenti