Xəzər Xəbər

Çempionlar Liqası: "İnter” və "Barselona" qələbə qazandı

İdman | 09:14 • 19 Sentyabr 2018
Çempionlar Liqası: "İnter” və "Barselona" qələbə qazandı
UEFA Çempionlar Liqasının birinci turuna start verilib.


Turun ilk oyunu B qrupunda oynanılıb. İtaliyada "San-Siro" stadionunda keçirilən qarşılaşmada meydan sahibi "İnter" İngiltərənin "Tottenhem" klubunu qəbul edib. Matç "İnter”in 2:1 hesablı qələbəsilə yekunlaşıb.


Qrupun digər oyunu "Nou Kamp"da baş tutub. Hollandiyanın PSV klubu İspaniyanın "Barselona" komandasının qonağı olub. Görüş 4:0 hesabı ilə "Barselona"nın qələbəsi ilə başa çatıb.

Xəbər lenti