Xəzər Xəbər

“Sportinq”–“Qarabağ” oyununun hakimləri bəlli olub

İdman | 15:06 • 17 Sentyabr 2018
“Sportinq”–“Qarabağ” oyununun hakimləri bəlli olub

Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi Ağdamın "Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsində Portuqaliyanın "Sportinq” klubu ilə keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.


Xezerxeber.az xəbər verir ki, matçı Fransadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Fransua Leteksiye olacaq. Ona Siril Münyö və Mehdi Rahmuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bertran Juanno yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Frank Şnayder və Kərim Abed olacaqlar.


Matçın hakim-inspektoru Bosniya və herseqovinalı Elmir Pilav, UEFA nümayəndəsi isə çexiyalı Patrik Filipekdir.


Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade” stadionunda keçiriləcək "Sportinq”–"Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər lenti