Xəzər Xəbər

“Qarabağ”la vacib oyunumuz var” - “Sportinq”in baş məşqçisi

İdman | 12:09 • 17 Sentyabr 2018
“Qarabağ”la vacib oyunumuz var” - “Sportinq”in baş məşqçisi

Kuboka qələbə ilə başlamaq vacib idi. Qələbəyə layiq idik. Daha çox qol vura bilərdik. Futbolçularımın oyunundan razıyam".


Qol.az-ın xəbərinə görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sportinq"in baş məşqçisi Joze Pezeiru Portuqaliya kubokunun ilk turunda "Maritimo"ya qalib gəldikləri oyundan (3:1) sonra deyib.


58 yaşlı portuqaliyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsində "Qarabağ”la keçiriləcək görüş barədə də danışıb. O, bu matçın vacibliyini vurğulayıb: "Maritimo" ilə oyunda qələbə ilə yanaşı, meydana az çıxan futbolçulardan istifadə etmək də vacib idi. Komandada rəqabəti artırmalıyıq. Çünki Avropa Liqasında vacib oyunumuz var”.

Xatırladaq ki, "Sportinq” – "Qarabağ” oyunu sentyabrın 20-də Lissabonda keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar