Xəzər Xəbər

Qvardiola qərarını açıqladı: yenidən "Barselona"nı çalışdıracaq

İdman | 22:58 • 16 Sentyabr 2018
Qvardiola qərarını açıqladı:

2008-2012-ci illərdə "Barselona"da böyük uğurlara imza atan Pep Qvardiola gələcək karyerası ilə bağlı danışıb.


Hazırda "Mançester Siti"ni çalışdıran mütəxəssis yenidən Kataloniya klubunda çalışmaq istəyir:


"Karyramı başladığım yerdə bitirmək istəyirəm. Gənc komandaları çalışdırmaq niyyətim var. Ümid edirəm ki, bu "Barselona" olacaq".


Qeyd edək ki, məşqçi karyerasına 2007-ci illərdə "Barselona"nın B komandasında başlayan Qvardiola 2008-2012-ci illərdə Kataloniya klubunun əsas heyətini çalışdırıb.


Fanat.Az

Xəbər lenti