Xəzər Xəbər

“Real” 3 ulduzun transferinə hazırdır: 430 milyon avroyla

İdman | 14:30 • 16 Sentyabr 2018
“Real” 3 ulduzun transferinə hazırdır:

Son olaraq Kriştiano Ronaldonu "Yuventus”a satan və uzun müddətdir heyətinə ulduz futbolçu cəlb etməyən "Real” gələn yay böyük transferlərə hazırlaşır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 372 milyon avroluq büdcə formalaşdırmağı bacaran "kral klubu” Ronaldonun gedişindən sonra azalan azarkeşlərini yenidən stadiona qaytarmaq niyyətindədir. Bunun üçün ulduz futbolçu transferi planlaşdıran "Real”ın ilk hədəfi "Çelsi”nin belçikalı futbolçusu Eden Hazard olacaq. Eyni zamanda, "İnter”dən Mauro İkardi, "Atletiko”dan Antuan Qrizmann da Madrid klubunun transfer siyahısında yer alır.

Bu il Çempionlar Liqasından qazanacağı pullarla birlikdə büdcəsini 430 milyon avroya qaldırmağı planlaşdıran "Real”, bu büdcəylə hər üç futbolçunu heyətinə qatmağa çalışacaq.

Xəbər lenti