Xəzər Xəbər

“Amul-Xəzər 2018” beynəlxalq avtorallisi başa çatıb - FOTO

İdman | 23:39 • 15 Sentyabr 2018
“Amul-Xəzər 2018” beynəlxalq avtorallisi başa çatıb -

Türkmənistanda keçirilən "Amul-Xəzər 2018” beynəlxalq avtorallisi başa çatıb.


Avtorallinin keçirildiyi Qaraqum çöllərinə dünyanın hər yerindən ən yaxşı sürücülər toplanmışdı.


Türkmənistanın Lepab vilayətindən start götürən yarışçılar beş mərhələdən keçərək Balkan vilayətində milli turizm zonası olan Avazada finiş ediblər.


Finiş xəttini ilk olaraq britaniyalı Harri Hant keçib. Özünün yeni şturmanı Vouter Rosqarla britaniyalı yarışçı 5 mərhələdən 3-də qalib gəlib. Yarışın son mərhələsində ispaniyalı Nani Roma və Aleks Haro ikinci olub. Fransalı Metyu Serradori və Fabian Lurkin liderdən 6 dəqiqə geri qalaraq beşinci mərhələnin üçlüyündə yer tutublar.


Qədim İpək Yolu marşrutunu keçərək tarixi və görməli yerlərlə tanış olan, Türkmənistan xalqının qonaqpərvərliyindən məmnun qalan yarış iştirakçıları "Amul-Xəzər 2019” avtorallisində də iştirak etmək istədiklərini bildiriblər.


Qeyd edək ki, iyirmi ölkədən 80 komandanın qatıldığı rallidə yarışlar üç kateqoriya - minik, yük avtomobilləri və kvadrosikllər üzrə təşkil olunub.


Sentyabrın 11-dən 15-dək keçirilən "Amul-Xəzər 2018” beynəlxalq avtorallisinin marşrutunun uzunluğu Amuldan Xəzərədək 1571 kilometr idi. (AZƏRTAC)

Xəbər lenti