Xəzər Xəbər

“Qalatasaray” klubu yenidən liderliyə yüksəlib

İdman | 09:34 • 15 Sentyabr 2018
“Qalatasaray” klubu yenidən liderliyə yüksəlib

Sentyabrın 14-də futbol üzrə Türkiyə Superliqasının beşinci turuna start verilib.


Xezerxeber.az xəbər verir ki, turun açılış matçında son çempion "Qalatasaray” bu mövsümdə maksimum xal toplayan "Kasımpaşa” klubu qəbul edib və rəqibini 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.


Gərgin idman mübarizəsi şəraitində keçən matçın birinci hissəsində hesab açılmayıb. İkinci hissədə isə meydan sahibləri əsl şou göstəriblər. Hissənin lap əvvəlində Derdiyok hesabı açıb. Daha sonra isə Qeri Rodriges dubl edib. "Kasımpaşa” futbolçuları 11 metrlik cərimə zərbəsindən hesab arasındakı fərqi azaltsalar da, bundan artığına gücləri çatmayıb. Bu qoldan cəmi iki dəqiqə sonra Sərdar Əziz oyunda son nöqtəni qoyub – 4:1.


Beləliklə "Cim-bom” xallarının sayını 12-yə çatdıraraq yenidən turnir cədvəlinin zirvəsinə yüksəlib.

Xəbər lenti