Xəzər Xəbər

Cekson Martines Avropaya döndü

İdman | 14:56 • 14 Sentyabr 2018
Cekson Martines Avropaya döndü

Çinin "Quançjao Everqrand" klubunda uğursuz karyera keçirən Kolumbiya millisinin üzvü Cekson Martines Avropaya qayıdıb.

31 yaşlı forvard Portuqaliyada çıxış edəcək. Martines "Portimonensi"ylə müqavilə bağlayıb. Şərtlərə görə, kolumbiyalı futbolçu Portimau təmsilçisində 1 illik icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Martines Avropada "Portu"dakı çıxışı ilə tanınıb. 2015-ci ildə "Atletiko" Ceksonu 35 milyon avro qarşılığında transfer etmişdi. Lakin Madrid təmsilçisi Martinesi 6 ay sonra Çinin"Quançjao Everqrand" klubuna42 milyon avroya satmışdı.

Xəbər lenti