Xəzər Xəbər

“Mançester Siti” rekord məbləğdə gəlir əldə edib

İdman | 08:59 • 14 Sentyabr 2018
“Mançester Siti” rekord məbləğdə gəlir əldə edib

İngiltərənin "Mançester Siti” klubu 2017-2018 mövsümündəki gəlirlərinə dair hesabat təqdim edib.


AZƏRTAC yerli KİV-lərə istinadla məlumat verir ki, klubun rekord məbləğdə - 505,5 milyon funt-sterlinq qazandığı bildirilir.


Klubun təmiz qazancı 10,4 milyon funt təşkil edib. Son 5 ildə gəlirlər 44 faiz artıb. Bu, teleyayım hüquqlarının satışı, Çempionlar Liqasındakı irəliləyiş və daha əlverişli sponsor müqavilələri ilə əlaqədardır.


Qeyd edək ki, ötən mövsüm "Mançester Siti” İngiltərə çempionu olub. Hazırda komanda 4 turdan sonra 10 xalla 4-cü yeri tutur.

Xəbər lenti