Xəzər Xəbər

FİFA klublara məhdudiyyət qoya bilər

İdman | 12:35 • 13 Sentyabr 2018
FİFA klublara məhdudiyyət qoya bilər

FIFA icarəyə verilən futbolçuların sayına görə klublara məhdudiyyət qoya bilər.


Xezerxeber.az xəbər verir ki, FİFA maksimum 8 oyunçunun icarəsinə icazə verməyi planlaşdırır. Üstəlik, bir klubun digərinə ən çox 4 futbolçu göndərməsi nəzərə tutulub. Bununla belə, klubların 21 yaşadək yetirmələri istisna təşkil edəcək. Klublar bu oyunçuları daha da inkişaf etdirmək üçün limitsiz icarə edə bilərlər.


FİFA-nın qərarı qüvvəyə minərsə, bu, ən çox İngiltərənin "Çelsi” və İtaliyanın "Yuventus” klublarına təsir edəcək. Belə ki, "Çelsi” bu yay transferində 40, "Yuventus” klubu isə 26 gənc oyunçu icarəyə verib.

Xəbər lenti