Xəzər Xəbər

Dünya çempionuna ağır cəza: 20 ay maşın sürə bilməz

İdman | 16:33 • 12 Sentyabr 2018
Dünya çempionuna ağır cəza: 20 ay maşın sürə bilməz

"Tottenhem"in kapitanı Uqo Lloris Londonda alkoqollu şəkildə maşını idarə etməyinə görə cəzalanıb.

Ötən ay polis tərəfindən saxlanılan qapıçı məhkəmə qarşısına çıxıb. 31 yaşlı qapıçı limitdən 2 dəfə çox spirtli içki qəbul etdiyi üçün 20 aylıq maşın sürməmək cəzası alıb. Fransa millisinin üzvü 50 min funt-sterlinq cərimə edilib.

Qeyd edək ki, dünya çempionu 2012-ci ildən "Tottenhem"də çıxış edir.

Xəbər lenti