Xəzər Xəbər

Qarabağ-ın rəqibi transfer qadağasından qurtuldu

İdman | 17:19 • 11 Sentyabr 2018
Qarabağ-ın rəqibi transfer qadağasından qurtuldu

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın "Vorskla” klubu transfer qadağası ilə üzləşməkdən xilas olub.

Poltava təmsilçisi təyin olunan vaxta qədər futbolçulara olan borclarını ödədiyi üçün cəzadan qurtulub.

Ukrayna klubu sabiq futbolçuları Oleq Barannik və Yevgeni Budnikə olan borclarını bağladıqdan sonra lazımlı sənədləri FFU-ya göndərib. Klub təyin olunan vaxta qədər borcunu ödəməsəydi, transfer qadağası ilə üzləşəcəkdi. Barannik "Vorskla”da 2010 - 2017, Budnik isə 2012 - 2016-cı illərdə çıxış edib.

Qeyd edək ki, "Qarabağ və "Vorskla" arasındakı ilk görüş oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Səfərdəki matç isə noyabrın 8-də Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda təşkil olunacaq.

Xəbər lenti