Xəzər Xəbər

UEFA Millətlər Liqası: Ukrayna Slovakiyanı, Fransa isə Hollandiya millisini məğlub edib

İdman | 09:20 • 10 Sentyabr 2018
UEFA Millətlər Liqası:

Sentyabrın 9-da UEFA Millətlər Liqasının ikinci turunun növbəti oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, ikinci turun start oyununda Ukrayna millisi öz meydanında Slovakiya yığmasını qəbul edib. Görüş Andrey Şevçenkonun yetirmələrinin minimal hesabla qələbəsi ilə başa çatıb (1:0).


Günün maraqla gözlənilən oyunu "Stad de Frans” stadionunda baş tutub. "A” liqasının 1-ci turunda son dünya çempionu Fransa millisi Hollandiya yığmasını qəbul edib. Oyunda hesabı meydan sahibləri açıb. Belə ki, hollandiyalıların müdafiəçilərinin səhvini PSG klubunun və Fransa yığmasının əsas oyunçusu Kilyan Mbape bağışlamayıb. Fasiləyə qədər hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.


Fasilədən sonra qonaqlar hesabı bərabərləşdirə biliblər. Qarşılaşmanın 67-ci dəqiqəsində Ryan Babel adını tabloya yazdırıb. Matçın 75-ci dəqiqəsində meydan sahibləri yenidən hesabda önə keçib. Benjamen Mendinin ötürməsini Olivye Jiru dəqiq zərbə ilə tamamlayıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Beləliklə, görüş 2:1 hesabı ilə Fransa seçməsinin qələbəsi ilə başa çatıb.


Xatırladaq ki, ilk turda Fransa millisi Almaniya millisi ilə heç-heçə edib (0:0).


Turun digər oyunları:


Danimarka - Uels - 2:0


Bolqarıstan - Norveç - 1:0


Kipr - Sloveniya - 2:1


Gürcüstan - Latviya - 1:0


Makedoniya - Ermənistan - 2:0


Lixtenşteyn - Cəbəllütariq - 2:0

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti