Xəzər Xəbər

"Barselona" PSV-nin qapıçısını alır

İdman | 18:48 • 9 Sentyabr 2018
"Barselona" PSV-nin qapıçısını alır

"Barselona” PSV-nin qapıçısı Yerun Zutu heyətinə qatmaq istəyindədi.

Qapıçının klubu da bu keçidin reallaşmasının əleyhinə deyil. Tərəflər ortaq məxrəcə gəlmək baxımından hər hansı problem yaşamasa, 27 yaşlı "çərçivə” qoruyucusunun transferi Kataloniya klubuna 10 milyon avroya başa gələcək.

2015-ci ildən Hollandiyanın əsas yığmasına da çağırılan Zut 2006-cı ildən PSV-nin uğurları üçün çalışır.

Fanat.Az

Xəbər lenti