Xəzər Xəbər

İsko: "Ronaldosuz da bacarırıq"

İdman | 11:02 • 9 Sentyabr 2018
İsko: "Ronaldosuz da bacarırıq"

Madrid "Real"ının və İspaniya millisinin üzvü İsko yayda "Yuventus"a transfer olan Kriştiano Ronaldo barədə açıqlama verib.

26 yaşlı yarımmüdafiəçi Ronaldosuz da oynaya bildiklərini deyib: "Kriştianosuz da bacarırıq. Düzdür, o, adi oyunçu deyil, mövsüm ərzində 40-50 qol vuran futbolçudan bəhs edirik. Ancaq biz o olmadan da bacara bilirik. Əgər işlər yolunda getməsə, onsuz bacarmadığımızı deyəcəklər. Hazırda çempionata yaxşı start vermişik, xallar qazanmışıq. Ronaldo olmadan da yaxşı oynayırıq, ona uğurlar arzu edirik".

Qeyd edək ki, İsko 2013-cü ildə "Real"da çıxış edir.

Xəbər lenti