Xəzər Xəbər

İddia: Neymar "Barselona"ya qayıtmaq üçün xahiş edib

İdman | 10:54 • 9 Sentyabr 2018
İddia: Neymar "Barselona"ya qayıtmaq üçün xahiş edib

PSJ-nin ulduzu Neymar üçün İspaniyada gündəmi zəbt edən iddia ortaya atılıb.

"Mundo Deportivo" qəzeti braziliyalı hücumçunun ötən il "Barselona"dan PSJ-yə transfer olmasına görə, peşman olub. Nəşrin iddiasına görə, 26 yaşlı futbolçu Kataloniya klubundan geri dönmək üçün xahiş edib. Edinson Kavani ilə normal münasibəti olmayan və gözləmədiyi şəkildə Kilian Mbappenin kölgəsində qalan braziliyalı peşman olub. Məlumata görə, "Barselona" Nemyarınxahişinə məhəl qoymayıb.

Qeyd edək ki, Neymar ötən il 222 milyon avroya "Barselona"dan PSJ-yə keçmişdi. Onun adı bu yay daha çox "Real"la hallanıb.

Xəbər lenti