Xəzər Xəbər

Keyn: "Messi və Ronaldonu keçmək istəyirəm"

İdman | 10:57 • 9 Sentyabr 2018
Keyn: "Messi və Ronaldonu keçmək istəyirəm"

"Tottenhem"də ötən mövsüm göstərdiyiperformansı ilə diqqət çəkən, DÇ-2018-in bombardiri olan İngiltərə millisinin və "Tottenhem"in hücumçusu Harri Keyn açıqlama verib.

25 yaşlı forvard Lionel Messi və Kriştiano Ronaldo səviyyəsində olmadığını bildirib:

"Özümü Ronaldo və Messi ilə müqayisə etmirəm. Onlarla müqayisə olunmaq üçün hələ çox şey etməliyəm. Son illərdə inanılmaz şeyləri bacarıblar. Amma mən onların səviyyəsinə çatmağı, hətta keçmək istəyirəm. DÇ-2018-in bombardiri olmaq qürurvericidir. Daha böyük hədəflərim var".

Qeyd edək ki, Keyn 6 qolla dünya çempionatının bombardiri olmuşdu.

Xəbər lenti