Xəzər Xəbər

UEFA Millətlər Liqası: bu gün birinci turda 7 oyun keçiriləcək

İdman | 11:08 • 8 Sentyabr 2018
UEFA Millətlər Liqası: bu gün birinci turda 7 oyun keçiriləcək

Sentyabrın 8-də keçiriləcək yeddi oyunla UEFA Millətlər Liqasının birinci turuna yekun vurulacaq.


Günün ilk oyunu "B” liqasının 3-cü qrupunda yer alan Şimali İrlandiya ilə Bosniya və Herseqovina yığmaları arasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Günün ən çox maraqla gözlənilən oyunu Londondakı "Uembli” stadionunda keçiriləcək. "A” liqasının 4-ci qrupunda yer alan İngiltərə millisi İspaniya yığmasını qəbul edəcək. Bu liqanın 2-ci qrupunda yer alan İslandiya yığması isə İsveçrə millisinin qonağı olacaq.


"C” liqasının ikinci qrupunda Finlandiya millisi Macarıstan yığmasın, Estoniya seçməsi isə Yunanıstan komandasını qəbul edəcək.


"D” liqasının 2-ci qrupunun ilk turuna Belarus və San-Marino millilərinin oyunu ilə start veriləcək. Qrupun ikinci matçında Lüksemburq millisi doğma meydanda Moldova yığmasını qəbul edəcək.


Xatırladaq ki, "D” liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi ötən gün Bakı Olimpiya Stadionunda Kosovo yığması ilə görüşdə qolsuz heç-heçə edib. (AZƏRTAC)

Xəbər lenti