Xəzər Xəbər

Azərbaycan-Kosovo oyununda hesab açılmayıb

İdman | 09:05 • 8 Sentyabr 2018
Azərbaycan-Kosovo oyununda hesab açılmayıb

Sentyabrın 7-də Azərbaycan milli komandası futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kosovo yığması ilə qarşılaşıb.


Xezerxeber.az xəbər verir ki, görüşdə hesab açılmayıb - 0:0.


Bakı Olimpiya stadionunda keçirilən oyunda Azərbaycan yığmasının start heyətində Kamran Ağayev, Qara Qarayev, Pavel Paşayev, Maksim Medvedev, Mahir Mədətov, Urfan Abbasov, Emin Mahmudov, Ruslan Qurbanov, Riçard Almeyda, Ramil Şeydayev, Bədəvi Hüseynov yer alıblar.


Kosovo millisinin ilk onbirliyində isə meydana Samir Aykani, Fidan Aliti, Xerolind Şala, Xekuran Kriyeziu, Bersant Celina, Arber Zeneli, Amir Raxmani, Merqrim Voyvoda, Vedat Murici, Leart Pacarada və Edon Jeqrova çıxıblar.


Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edib. Oyunun baş hakimi Ola Hobber Nilsen olub. Ona Harald Qronevik, Oskar İsaksen və Simon İtterland kömək edirlər. Espen Andreas Eskas və Tom Harald Haqen əlavə köməkçi hakim funksiyasını yerinə yetiriblər. Portuqaliyalı Lusilio Kardozo Kortez Batista matçın hakim-inspektoru, hollandiyalı Martin Sturkenbum isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirib.

Azərbaycan yığması növbəti oyununu sentyabrın 10-da səfərdə Malta seçməsi ilə keçirəcək, Kosovo yığması isə doğma meydanda Farer Adaları millisini qəbul edəcək.

Xəbər lenti