Xəzər Xəbər

Malta-Azərbaycan oyunun hakimləri bəlli olub

İdman | 15:13 • 7 Sentyabr 2018
Malta-Azərbaycan oyunun hakimləri bəlli olub

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının ikinci turunda Malta ilə keçirəcəyi səfər oyununun hakimləri məlum olub.


Xezerxeber.az xəbər verir ki, sentyabrın 10-da keçiriləcək qarşılaşmanı Montoneqrodan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Nikola Dabanoviç olacaq. Ona Milutin Cukiç və Yovitsa Tatar kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandar Cikanoviç yerinə yetirəcək. Milovan Milaçiç və Miloş Boşkoviç isə baş hakimin əlavə köməkçiləri qismində fəaliyyət göstərəcəklər. Oyunun hakim-inspektoru lüksemburqlu Luk Vilymas, UEFA nümayəndəsi isə ingiltərəli Qrem Hover olacaq.


Azərbaycan milli komandasının Malta ilə keçirəcəyi oyun "Ta Qali Milli” stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər lenti