Xəzər Xəbər

Maradona baş məşqçi oldu

İdman | 10:03 • 7 Sentyabr 2018
Maradona baş məşqçi oldu

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona Meksikanın "Dorados de Sinaloa" klubunun baş məşqçisi təyin edilib.

XəzərXəbər "Report”a istinadən xəbər verir ki, bu barədə komandanın rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Klub ikinci divizionda çıxış edir. Cari birincilikdə komanda altı oyundan sonra 13-cü yeri tutur.

Maradonanın məşqçi kimi axırıncı iş yeri BƏƏ-nin "Əl-Fuceyrə" klubu olub. Argentinalı oranı apreldə tərk edib. Keçmiş futbolçu ondan sonra Belarus "Dinamo"sunun idarə heyətinin sədri olub.

Xəbər lenti