Xəzər Xəbər

Silvio Berluskoni yeni futbol klubu almaq niyyətindədir

İdman | 16:47 • 6 Sentyabr 2018
Silvio Berluskoni yeni futbol klubu almaq niyyətindədir

İtaliyanın "Milan” futbol klubunun sabiq prezidenti və vitse-prezidenti Silvio Berluskoni və Adriano Qalliani yeni klub almaq üçün danışıqlara başlayıblar.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, danışıqlar İtaliyanın "C” Seriyasında çıxış edən "Montsa” klubunun alınması ətrafında aparılır.


Silvio Berluskoni 1986-2017-ci illərdə "Milan” klubunun sahibi olub. Onun prezidentliyi dövründə "Milan” klubu səkkiz dəfə İtaliya çempionatının və 5 dəfə isə UEFA Çempionlar Liqasının kubokunu qazanıb. Ötən il Silvio Berluskoni "Milan” klubunu 860 milyon dollara çinli iş adamına Li Yunxuna satıb.


Xatırladaq ki, dünyada ən uğurlu klub prezidentləri siyahısında qərarlaşan sabiq Baş nazir apreldə "Milan”ı geri alacağını demişdi.

Xəbər lenti