Xəzər Xəbər

Tayson Nurmaqomedovun qalib gələcəyinə inanır

İdman | 15:20 • 6 Sentyabr 2018
Tayson Nurmaqomedovun qalib gələcəyinə inanır

Boks üzrə keçmiş mütləq dünya çempionu Mayk Tayson rusiyalı Həbib Nurmaqomedovun irlandiyalı Konora Makqreqora qarşı döyüşündə Nurmaqomedova üstünlük verdiyini bildirib. Tayson fikri Yekaterinburqda mətbuat konfransında söyləyib.


Tayson deyib: "Həbib mənim xoşuma gəlir, mən ona azarkeşlik edirəm və onu dəstəkləyirəm. Amma Makqreqor da hələ "canısuludur”. Bu mürəkkəb, gərgin döyüş olacaq”.


Nurmaqomedov - Makqreqor döyüşü oktyabrın 6-da Las-Veqasda olacaq. Bu döyüşdə boks üzrə yüngül çəkidə mütləq çempion titulu uğrunda mübarizə aparılacaq. Hazırda bu titulun sahibi Nurmaqomedovdur.


Xəbər lenti