Xəzər Xəbər

Droqba "Çelsi"yə qayıtdı

İdman | 14:53 • 6 Sentyabr 2018
Droqba "Çelsi"yə qayıtdı

Didye Droqba sabiq klubu "Çelsi”yə geri dönüb.

Kot-d-ivuarlı forvard London klubunun sponsoru "Yokohama Tyres”in səfiri təyin edilib.

Layihə çərçivəsində Droqba Fransa, Hindistan, Malayziya, Portuqaliya, İspaniya və Vyetnama yollanaraq, orada "Çelsi”nin azarkeşləri, eləcə də "Yokohama”nın müştəriləri ilə görüşəcək.

40 yaşlı futbolçu 2004-2012 və 2014-2015-ci illərdə "Çelsi"də çıxış edib.

Qeyd edək ki, Droqba ABŞ-ın "Finiks Rayzinq” klubunda çıxış edir. O, oktyabr ayında karyerasını başa vuracaq.

Xəbər lenti