Xəzər Xəbər

Qarabağ 20 gün ərzində 6 oyun keçirməli olacaq

İdman | 14:48 • 6 Sentyabr 2018
Qarabağ 20 gün ərzində 6 oyun keçirməli olacaq
Qarabağ" klubunu UEFA Millətlər Liqası ilə əlaqədar yaranan fasilədən sonra ağır qrafik gözləyir.

Ağdam təmsilçisi 20 gün ərzində 6 oyun keçirəcək. Bunlardam 2-si Avropa Liqasının, 4-ü isə Azərbaycan Premyer Liqasının matçlarıdır.

Ölkə çempionu sentyabrın 15-də Premyer Liqanın IV turu çəvivəsində "Sumqayıt"ın qonağı olacaq. "Köhlən atlar" Avropa Liqasının qrup mərhləsində ilk matçını isə senytabrın 20-si səfərdə Portuqaliya "Sportinq"inə qarşı keçirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu qarşılaşmadan 3 gün sonra çempionatın V turunda evdə "Qəbələ"ni sınağa çəkəcək.

Ağdam təmsilçisinin avrokuboklardakı çıxışına görə, çempionatın I turundan təxirə salınan görüşü də çətin oyunlar ərəfəsində baş tutacaq. Komanda sentyabrın 26-da doğma azarkeşlər önündə "Zirə" ilə üz-üzə gələcək.

"Qarabağ"ın çempionatın VI turundakl oyunu da 3 gün sonra olacaq. Sentyabrın 29-u rəqib Premyer Liqanın debütantı "Sabah" komandasıdır. Bununla da Ağdam klubu 7 gün ərzində 3 Premyer Liqa qarşılaşmasına çıxacaq.

Komanda Avropa Liqasının qrup mərhələsində ilk ev oyununu oktyabrın 4-də İngiltərənin "Arsenal"ı kollektivinə qarşı keçirəcək.

Qeyd edək ki, "Qarabağ” Premyer Liqada 4 xalla 5-ci pillədə qərarlaşıb. Lakin 3-cü sıradakı "Qəbələ” və 4-cü yerdəki "Sumqayıt” da eyni xala malikdir.

Xəbər lenti