Xəzər Xəbər

Asensio Ronaldonun forma nömrəsini rədd edib

İdman | 10:33 • 6 Sentyabr 2018
Asensio Ronaldonun forma nömrəsini rədd edib

Kriştiano Ronaldonun "Real"dan ayrılaraq, "Yuventus"a transfer olmasından sonra "kral klubun"da 7 nömrəli fotmanın hansı futbolçunun geyinəcəyi maraqla gözlənilirdi.

Bu futbolkanı Madrid klubunun "Lion"dan transfer etdiyi Mariano Dias geyəcək. İspaniya mətbuatının məlumatına görə, paytaxt təmsilçisi 7 nömrəli formanı daha öncə Marko Asensioya təklif edib. Lakin İspaniya millisinin üzvü bu təklifi rədd edib və 20 nömrəli futbolkada oynamaq istədiyini bildirib. Asensio təzyiq altında olmamaq üçün simvol halına gələn nömrədən imtina edib.

Qeyd edək ki, Asensio bu mövsüm 4 oyuna 5 assist edib.

Xəbər lenti