Xəzər Xəbər

UEFA-ya müraciət: səfər qolu qaydası ləğv olunsun

İdman | 15:39 • 5 Sentyabr 2018
UEFA-ya müraciət: səfər qolu qaydası ləğv olunsun

Tanınmış baş məşqçilər UEFA-ya müraciət ünvanlayıb.


Onlar qitəmiqyaslı klub yarışlarında səfər qolu qaydasına yenidən baxılmasını xahiş ediblər. Bu barədə UEFA-nın yarışların təşkili üzrə direktoru Corco Marketti təcrübəli mütəxəssislərin İsveçrənin Nyon şəhərindəki forumundan sonra açıqlama verib:


"Onların fikrincə, indi səfərdə qol vurmaq heç də çətin deyil. Məşqçilər hesab edirlər ki, futbolda vəziyyət dəyişib və indi səfər qolunun əhəmiyyəti bu qaydanın tətbiq olunduğu uzun illər əvvəki kimi deyil. Biz bu müraciətə baxacağıq".


Görüşə "Massimiliano Alleqri ("Yuventus", İtaliya), Karlo Ançelotti ("Napoli", İtaliya), Rafael Benites ("Nyukasl", İngiltərə), Rudi Qarsiya ("Olimpik", Marsel), Şenol Günəş ("Beşiktaş", Türkiyə), Serjiu Konseysau ("Portu", Portuqaliya), Xulen Lopetegi ("Real Madrid", İspaniya), Joze Mourinyo ("Mançester Yunayted", İngiltərə), Tomas Tuxel (PSJ, Fransa), Paulu Fonseka ("Şaxtyor", Ukrayna), Unay Emeri ("Arsenal", İngiltərə) ilə yanaşı, hazırda işsiz olan Arsen Venger də qatılıb.


Əvəzində Xosep Qvardiola ("Mançester Siti", İngiltərə), Dieqo Simeone ("Atletiko", İspaniya) və "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan tədbirə dəvət almayıb.

Xəbər lenti