Xəzər Xəbər

Qurban Qurbanov Avropa Liqasında hamını qabaqladı: hər kəs ona həsəd aparır

İdman | 15:17 • 5 Sentyabr 2018
Qurban Qurbanov Avropa Liqasında hamını qabaqladı:

UEFA Avropa Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısını açıqlayıb.

Qrup mərhələsində iştirak edəcək 48 klub arasında rekord "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanova məxsusdur. Ağdam klubunun baş məşqçisi "Kopenhagen”nin "sükanı arxası"nda olan Stale Solbakkeni geridə qoyub. Norveçli mütəxəssis 2013-ci ildən Danimarka təmsilçisini çalışdırır. Qurbanov isə 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir.

Qeyd edək ki, ötən mövsüm Çempionlar Liqasında da Qurban Qurbanov bu göstəricidə hamıdan öndə idi.

Xəbər lenti