Xəzər Xəbər

Danimarkada xaos: futbolçular millinin düşərgəsini tərk etdilər

İdman | 12:37 • 5 Sentyabr 2018
Danimarkada xaos:

Danimarka millisi Slovakiya ilə yoldaşlıq, Uelslə isə Millətlər Liqası oyunlarına futzalçılar və aşağı liqalarda oynayan futbolçularla çıxacaq. Bu barədə"Sky Sports" məlumat yayıb.

Federasiya ilə milli üzvləri arasında yaşanan kommersiya hüququ problemi oyunçuların yığmadan imtina etməsi ilə nəticələnib. UEFA-dan gələ biləcək sərt cəzanı nəzərə alan federasiya qısa vaxt ərzində tamamilə yeni komanda formalaşdırıb.

Maraqlıdır ki, 23 nəfərlik heyətdə futzal yığmasının 4 üzvü də yer alıb. Digərləri isə Danimarkanın aşağı liqalarında oynayan futbolçulardır.

Xəbər lenti