Xəzər Xəbər

Mourinyu vergidən yayınmasını etiraf edib

İdman | 19:01 • 4 Sentyabr 2018
Mourinyu vergidən yayınmasını etiraf edib

İngiltərənin "Mançester Yunayted” komandasının baş məşqçisi portuqaliyalı Joze Mourinyu İspaniyada vergi ödəməkdən boyun qaçırmasını etiraf edib və bir il şərti həbs cəzası ilə razılaşdığını bildirib.


AZƏRTAC İspaniyada çıxan "Mundo Deportivo” qəzetinə istinadən xəbər verir ki, Mourinyu Madridin "Real” komandasının baş məşqçisi olan zaman Britaniyanın Virciniya adalarındakı bir şirkətin köməyi ilə imic hüquqlarına görə əldə etdiyi gəlirləri İspaniya Maliyyə Nazirliyindən gizlətdiyini etiraf edib. Mourinyu 2011-ci ildə1,6 milyon avro, 2012-ci ildə isə 1,7 milyon avro məbləğində vergini ödəməyib. Bu qanun pozuntularının hərəsinə görə 6 ay həbs cəzası almalıdır.


İspaniya qanunvericiliyinə əsasən, vergidən yayınmaya görə cəza müddəti iki ildən az olduqda cəza şərti hesab edilir.


Mourinyu 2016-cı il mayın 27-dən "Mançester Yunayted”-ə başçılıq edir. Klubla birlikdə o İngiltərə Liqasının Kubokunu, ölkənin Superkubokunu və Avropa Liqasının Kubokunu qazanıb. Mourinyu baş məşqçi kimi, "Mançester Yunayted”dən və "Real”dan başqa, Portuqaliyanın "Benfika”, "Unian Leyriya” və "Portu”, İtaliyanın "İnter” və İngiltərənin "Çelsi” komandalarında işləyib.

Xəbər lenti