Xəzər Xəbər

Ronaldo İtaliyada 10 klubu geridə qoydu

İdman | 18:03 • 4 Sentyabr 2018
Ronaldo İtaliyada 10 klubu geridə qoydu

"Yuventus"da illik maaşı 31 milyon avro olan Kriştiano Ronaldo bu göstəricidə A Seriyasında olan bütün futbolçuları və oyunçularaödənilən məvaciblərə uyğun olaraq, 10 klubu geridə qoyur.

33 yaşlı superulduz "Atalanta", "Kalyari", "Kyevo", "Empoli", "Frozinone", "Cenoa", "Parma", "Sassuolo", SPAL və "Udineze"nin bir ildə futbolçularına ödədəyi maaşdan daha çox qazanc əldə edəcək. Portuqaliyalı futbolçudan sonra çempionatda ənçox məvacib alan futbolçu 9,5 milyon avro ilə "Milan"ın hücumçusu Qonsalo İquaindir.

Qeyd edək ki, portuqaliyalı futbolçu yay transfer dönəmində "Real"dan "Yuventus"a 100 milyon avroya keçib.

Xəbər lenti

Çox oxunanlar