Xəzər Xəbər

"Qarabağ"ın rəqibi Con Terrini transfer edir?

İdman | 14:26 • 4 Sentyabr 2018
"Qarabağ"ın rəqibi Con Terrini transfer edir?

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Sportinq" klubu müdafiə xəttini gücləndirə bilər.

XəzərXəbər xəbər verir ki, bu barədə klubun sentyabrın 7-də keçiriləcək prezident seçkilərinə namizəd olan Pedru Madeyra Rodriqeş deyib. O, başqa seçiləcəyi halda komandaya Con Terrini transfer edəcəyini deyib. Pedru Madeyranın sözlərinə görə, 37 yaşlı müdafiəçi "Sportinq"ə gəlməyə müsbət yanaşır. Namizəd bildirib ki, "Sportinq"ə növbəti transfer dönəmində cinah və mərkəz hücumçusu da mütləq alınacaq.

Pedru Madeyra Rodriqeş prezident seçkilərində əsas namizəd hesab edilir.

Qeyd edək ki, Con Terri 2003-2012-ci illərdə İngiltərə millisində çıxış edib. Təcrübəli futbolçu "Vest Hem" və "Çelsi" kimi klublarda çıxış edib. Terri ötən mövsümü "Aston Villa"da keçirib. Birmingem klubundan ayrılan oyunçu hazırda azad agent statusu daşıyır.

Xəbər lenti