Xəzər Xəbər

Alisson: "Eyni səhvi təkrarlayacaq qədər axmaq deyiləm"

İdman | 17:04 • 2 Sentyabr 2018
Alisson: "Eyni səhvi təkrarlayacaq qədər axmaq deyiləm"

Premyer Liqanın 4-cü turunda "Liverpul"un qapıçısı Alisson Beker səfərdə "Lester Siti"yə 2:1 hesabı ilə qalib gəldikləri görüşdə kobud səhvə yol verdi. Belə ki, braziliyalı qapıçı cərimə meydançasında müdafiəçilərdən top qəbul edərkən rəqibin hücumçusu Keleçi İheanaçonun təzyiqi ilə üzləşdi və onu aldatmaq istəyən qolkiper topu itirdi. Nigeriyalı isə Raşid Gezalla fərqlənmək imkanı yaratdı və əlcəzairli bu fürsəti qaçırmadı.

XəzərXəbər xəbər verir ki, oyundan sonra açıqlama verən Alisson pis ötürmə aldığını deyib: "Bu, oyunu oxumaqla bağlı səhv deyildi. Bunu paltardəyişmə otağında söhbət etdik. Van Deykə pis ötürmə etdiyini söylədim. Düzdür, səhvlərimizdən dərs çıxarırıq. Həm də eyni səhvi təkrar edəcək qədər axmaq deyiləm. Həmin anda qayda pozulmuşdu. İheanaço mənə qarşı kobud oynadı. İngiltərədə isə çox şeylərə fit çalınmır, amma məncə, qayda pozuntusu idi".

Qeyd edək ki, "Liverpul" Braziliya millisinin üzvünü "Roma"dan 75 milyon avroya transfer edib.

Xəbər lenti