Xəzər Xəbər

Ronaldudan sonra 7 nömrəni geyinəcək futbolçunun adı məlum olub

İdman | 09:43 • 1 Sentyabr 2018
Ronaldudan sonra 7 nömrəni geyinəcək futbolçunun adı məlum olub

Fransanın "Lion” klubundan transfer edilən Mariano Dias 7 nömrəli formanı geyinəcək. Daha əvvəllər kral klubunda 7 nömrəli formanı Kops, Amansio, Xuanito, Butragenyo və Raul geyinib.


25 yaşlı dominikanlı futbolçu "Real”ın yetişdirməsidir.


Xatırladaq ki, Mariano ötən mövsüm "Lion”da 37 oyuna 18 qol vurub və 5 məhsuldar ötürmə verib.

Xəbər lenti