Xəzər Xəbər

"Qarabağ"ın finalı Bakıda keçiriləcək Avropa Liqasında rəqibləri məlumdur

İdman | 15:53 • 31 Avqust 2018
"Qarabağ"ın finalı Bakıda keçiriləcək Avropa Liqasında rəqibləri məlumdur

Monako şəhərində UEFA Avropa Liqası turnirinin 2018/2019-cu il mövsümünün qrup mərhələsinin püşkü atılıb.


Xezerxeber.az-ın məlumatına görə, turnirin final oyununun ev sahibi şəhəri Bakını püşkatma mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov və qarşılaşmanın səfiri Vəli Qasımov təmsil edib.


Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qarabağ" E qrupunda "Arsenal”, "Sportinq” və "Vorskla” klubları ilə qarşılaşacaq.


Püşkün nəticəsi:


A qrupu


"Bayer” (Almaniya)

"Ludoqorets” (Bolqarıstan)

"Sürix” (İsveçrə)

"AEK Larnaka” (Kipr)


B qrupu


"Zalsburq” (Avstriya)

"Seltik” (Şotlandiya)

"Leypsiq” (Almaniya)

"Rosenborq” (Norveç)


C qrupu


"Zenit” (Rusiya)

"Kopenhagen” (Danimarka)

"Bordo” (Fransa)

"Slaviya” (Çexiya)


D qrupu


"Anderlext” (Belçika)

"Fənərbağça” (Türkiyə)

"Dinamo” (Zaqreb, Xorvatiya)

"Spartak” (Trnava, Slovakiya)


E qrupu


"Arsenal” (İngiltərə)

"Sportinq” (Portuqaliya)

"QARABAĞ” (AZƏRBAYCAN)

"Vorskla” (Ukrayna)


F qrupu


"Olimpiakos” (Yunanıstan)

"Milan” (İtaliya)

"Betis” (İspaniya)

"Düdelanj” (Lüksemburq)


G qrupu


"Vilyareal” (İspaniya)

"Rapid” (Avstriya)

"Spartak” (Rusiya)

"Reyncers” (Şotlandiya)


H qrupu


"Latsio” (İtaliya)

"Marsel” (Fransa)

"Ayntraxt” (Almaniya)

"Apollon” (Kipr)


I qrupu


"Beşiktaş” (Türkiyə)

"Genk” (Belçika)

"Malmö” (İsveç)

"Sarpsborq” (Norveç)


J qrupu


"Sevilya” (İspaniya)

"Krasnodar” (Rusiya)

"Standard” (Belçika)

"Akhisarspor” (Türkiyə)


K qrupu


"Dinamo” (Ukrayna, Kiyev)

"Astana” (Qazaxıstan)

"Ren” (Fransa)

"Yabloneç” (Çexiya)


L qrupu


"Çelsi” (İngiltərə)

PAOK (Yunanıstan)

BATE (Belarus)

"Vidi” (Macarıstan)


Final qarşılaşması 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər lenti