Xəzər Xəbər

UEFA Avropa Liqasının püşkatma mərasimində AFFA-nın baş katibi iştirak edəcək

İdman | 12:00 • 31 Avqust 2018
UEFA Avropa Liqasının püşkatma mərasimində AFFA-nın baş katibi iştirak edəcək

Bu gün Monako şəhərində UEFA Avropa Liqası turnirinin 2018/2019-cu il mövsümünün qrup mərhələsinin püşkü atılacaq.


Turnirin final oyununun ev sahibi şəhəri Bakını püşkatma mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov və qarşılaşmanın səfiri Vəli Qasımov təmsil edəcək.


Bakı vaxtı ilə saat 15:00-da başlanacaq tədbirdə Azərbaycanın yeganə təmsilçisi "Qarabağ”ın rəqibləri müəyyənləşəcək.


Qeyd edək ki, Avropa Liqasının final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Xəbər lenti