Xəzər Xəbər

Filip Ozoviç: “Qarabağ”ın futbolçusu olmağımla qürur duyuram

İdman | 11:51 • 31 Avqust 2018
Filip Ozoviç: “Qarabağ”ın futbolçusu olmağımla qürur duyuram

"Qarabağ”ın futbolçusu olmağımla qürur duyuram və bu komandada ən yaxşı oyunumu nümayiş etdirmək istəyirəm. Ümidvaram ki, UEFA Avropa Liqasının qrup oyunlarında da yaxşı çıxış edəcəyik.


Xezerxeber.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının play-off mərhələsində Moldovanın "Şerif” klubuna qarşı keçirilən cavab oyunundan sonra "Qarabağ” klubunun yarımmüdafiəçisi Filip Ozoviç AZƏRTAC-a açıqlamasında bildirib.


Ağdam təmsilçisinin xorvatiyalı futbolçusu deyib: "Bu oyun bizim üçün çox əhəmiyyətli idi. Qrup mərhələsinə vəsiqə qazanmaq bizim əsas vəzifəmiz idi. Layiqli qələbə qazandıq. Hər mövsüm avrokuboklarda çıxışımız Azərbaycan futbolu üçün böyük uğurdur. Azarkeşlərə minnətdarlığımı bildirirəm meydanda olanda dəstəyi hiss edirdik. Bizim arxamızda çox yaxşı azarkeş ordusu var idi”.


Həmçinin futbolçu UEFA Avropa Liqasının qrup mərhələsinin Monakoda keçiriləcək püşkatma mərasiminə də toxunaraq deyib: "Məncə bizim komanda UEFA Avropa Liqasının bütün komandalarına qarşı yaxşı və keyfiyyətli oyun nümayiş etdirə bilər. Qismətimizdə hansı komandalar varsa, onlarla oynayacağıq. Bizim hədəfimiz ən yaxşı nəticəni əldə etmək olacaq. Bizim komandamızda yüksək əhval ruhiyyə var, bu, bizi daha da güclü edir. Bu faktor məncə bu gün ki, oyuna da təsir göstərdi. Mən bütün "Qarabağ” sevərlərə təşəkkür edirəm və hamısını bir daha təbrik edirəm”.

Xəbər lenti