Xəzər Xəbər

Avropanın ən yaxşı futbolçusu müəyyənləşdi

İdman | 23:58 • 30 Avqust 2018
Avropanın ən yaxşı futbolçusu müəyyənləşdi

Avropada 2017/2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

"Real"ın yarımüdafiəçisi Luka Modriç ötən mövsümün ən yaxşı oyunçusu seçilib. O, səsvermədə sabiq komanda yoldaşı, hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldo və "Liverpul"un hücumçusu Məhəmməd Salahı qabaqlayıb.

Səsvermə ötən mövsüm qrup mərhələsində iştirak etmiş komandaların baş məşqçiləri və Avropa İdman Nəşriyyatı Assosiasiyası tərəfindən seçilmiş jurnalistlər arasında aparılıb.

Qeyd edək ki, Modriç ötən mövsüm "Real"la Çempionlar Liqasının qalibi olub (Qol.az).

Xəbər lenti