Xəzər Xəbər

Araz Abdullayev "Qarabağ"da? Qurban Qurbanov açıqladı

İdman | 12:09 • 30 Avqust 2018
Araz Abdullayev "Qarabağ"da?

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov transfer etmək istədiyi futbolçunun adını açıqlayıb.

XəzərXəbər xəbər verir ki, təcrübəli mütəxəssis hazırda gələcəyi qeyri-müəyyən olan Araz Abdullayevin transferiylə bağlı düşündüklərini bildirib: "Arazın bir neçə klubla problemi var. Dünəndən bu məsələ ilə maraqlanmağa başlamışıq, öz tərəfimizdən köməklik etməyə çalışırıq. Əgər "Mattersburq" və "Painonios"la razılıq əldə edə bilsək, onu heyətimizə qata bilərik".

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi hazırda "Qarabağ"ın düşərgəsindədir.

Xəbər lenti