Xəzər Xəbər

"Fənərbaxça" Meksika millisinin üzvündən imtina etdi

İdman | 10:52 • 28 Avqust 2018
"Fənərbaxça" Meksika millisinin üzvündən imtina etdi

"Fənərbaxça" razılığa gəldiyi "Ayntraxt”ın yarımmüdafiəçi Marko Fabianla müqavilə imzalamaqdan imtina edib.

Tibbi müayinə zamanı Meksika millisinin üzvündə zədə aşkarlanıb və İstanbul nəhəngi 29 yaşlı futbolçunu geri göndərib.

Qeyd edək ki, "Fənərbaxça” meksikalı yarımmüdafiəçi Frankfurt təmsilçisinə 1,5 milyon avro ödəyəcəkdi.

Xəbər lenti