Xəzər Xəbər

"Qalatasaray" sabiq futbolçusunu qaytardı

İdman | 10:29 • 28 Avqust 2018
"Qalatasaray" sabiq futbolçusunu qaytardı

Türkiyəni Çempionlar Liqasında təmsil edəcək "Qalatasaray" transfer fəaliyyətini davam etdirir.

"Sarı-qırmızılar" "Stok Siti"nin yarımmüdafiəçisi Badu Ndiayeni heyətinə cəlb edib. 27 yaşlı futbolçu İstanbul klubunda icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti 1 illikdir. "Qalatasaray" bu keçid üçün heç bir məbləğ ödəməyib.

Qeyd edək ki, Seneqal millisinin üzvü bu ilin yanvarında "Qalatasaray"dan 17 milyon avro qarşılığında "Stok Siti"yə keçmişdi.

Xəbər lenti