Xəzər Xəbər

Abramoviç "Çelsi"ni 2 milyarda satır

İdman | 16:02 • 27 Avqust 2018
Abramoviç "Çelsi"ni 2 milyarda satır
Rusiyalı iş adamı Roman Abramoviç sahib olduğu "Çelsi” klubunu satışa çıxarıb.


XəzərXəbər xəbər verir ki, buna səbəb biznesmenin Böyük Britaniya vizası ala bilməməsidir.


Qapısından içəri buraxılmadığı ölkəyə yatırım etməkdən vazkeçən Roman Abromoviç vasitəçi şirkətlə müqavilə bağlayaraq "Çelsi”ni 2 milyard funt-sterlinqə satmaq qərarına gəlib.

Qeyd edək ki, Roman Abramoviç "Çelsi”ni 2003-cü ildə Ken Batesdən 140 milyon funt-sterlinqə alıb. Onun böyük yatırımlarından sonra London təmsilçisi, 50 ildən sonra Premyer Liqanın, tarixində ilk dəfə isə Çempionlar Liqasının qalibi olub.

Xəbər lenti