Xəzər Xəbər

İntihar etdiyi deyilən ulduz futbolçudan SON XƏBƏR - "İntiharın astanasında..."

İdman | 14:59 • 27 Avqust 2018
İntihar etdiyi deyilən ulduz futbolçudan SON XƏBƏR - "İntiharın astanasında..."

Futbolçu Emmanuel Ebuenin intihar etməsi xəbəri yalan çıxıb.

Futbolçunun intihar etməsi iddiasının önə sürüldüyü xəbərin köhnə tarixli və gerçəyi əks etdirmədiyi bildirilib.

Sözügedən xəbər İngiltərə mediasında dərc edilmişdi. Xəbərə görə, Eboue bacısının evində tavandan asılmış vəziyyətdə aşkar edilibmiş. 2016-cı ildə futbol karyerasına son qoyan futbolçu maddi baxımdan çətinlik yaşadığını dəfələrlə dilə gətirmişdi. O, 2011-2015-ci illərdə çıxış etdiyi "Qalatasaray”dan ayrıldıqdan sonra depressiyaya düşmüşdü.

Ebue intiharın Astanasında olduğunu etiraf etmiş və bu vəziyyətdən Tanrının yardımı ilə qurtulmaq istədiyini bildirmişdi.

***

Türkiyənin "Qalatasaray” klubun keçmiş ulduz müdafiəçisi Emmanuel Ebue intihar edib.

Afrikalı futbolçunun özünü asdığı bildirilib.

"Qalatasaray”dan ayrıldıqdan sonra həyat yoldaşından boşanan və maddi imkansızlıq səbəbilə psixoloji çöküş yaşayan futbolçunun ölüm xəbəri sosial mediada yayılıb.

35 yaşlı ulduz illərlə "Arsenal” forması geyindikdən sonra "cimboma” transfer olmuş və qısa müddətdə azarkeşlərin sevgisini qazanmışdı./publika.az

Xəbər lenti