Xəzər Xəbər

Qurban Qurbanov millinin heyətini açıqladı

İdman | 14:36 • 27 Avqust 2018
Qurban Qurbanov millinin heyətini açıqladı

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasının ilk iki oyunu – Kosovo ilə sentyabrın 7-də Bakıda və Malta ilə sentyabrın 10-da səfərdəki oyunlar üçün yığmanın heyətini açıqlayıb. XəzərXəbər bildirir ki, təcrübəli mütəxəssis 25 futbolçuya dəvət göndərib.

Sabahdan təlim-məşq tolanışına çağırılan oyunçular arasında Avropa Liqasının pley-off raundunun cavab görüşündə Moldova "Şerif”i ilə matçda iştirak edəcək "Qarabağ”ın oyunçuları olmayacaq. Debütantlara gəlincə, yalnız Bəxtiyar Həsənalızadə milli düşərgəyə ilk dəfə dəvət alıb.

Qapıçılar: Kamran Ağayev ("Keşlə”), Səlahət Ağayev ("Neftçi”), Emil Balayev ("Səbail”);

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı "Qarabağ”), Məhəmməd Mirzəbəyov ("Neftçi”), Təmkin Xəlilzadə, Ürfan Abbasov (hər ikisi "Qəbələ”), Bəxtiyar Həsənalızadə ("Sumqayıt”), Pavel Paşayev ("Aleksandriya”, Ukrayna);

Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev (hər ikisi "Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov, Rəhman Hacıyev (hamısı "Neftçi”), Cavid Hüseynov ("Qəbələ”), Rahid Əmirquliyev ("Səbail”), Cavid İmamverdiyev ("Sabah”), Riçard Almeyda ("Astana” Qazaxıstan), Dmitri Nazarov ("Aue”, Almaniya);

Hücumçular: Mahir Mədətov ("Qarabağ), Ramil Şeydayev ("Krılya Sovetov”, Rusiya), Rauf Əliyev ("Qəbələ”), Ruslan Qurbanov ("Səbail”).

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti