Xəzər Xəbər

"Qarabağ" şokda: "Şerif"lə oyunu buraxacaq

İdman | 12:49 • 27 Avqust 2018
"Qarabağ" şokda: "Şerif"lə oyunu buraxacaq

Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə vacib oyundan öncə "Qarabağ" ciddi itki ilə üzləşib.

Ağdam klubu aparıcı futbolçusu Migel Markos Maderanın xidmətindən məhrum olub. İspaniyalı futbolçu 10-15 gün yaşıl meydanlardan kənarda qalacaq.

"Qarabağ" - "Şerif" oyunu avqustun 30-da baş tutacaq. Qurban Qurbanovun kollektivi ilk matçda 0-1 hesablı məğlubiyyət alıb.

Qeyd edək ki, "Qarabağ"da digər ispaniyalı futbolçus Dani Kintana da zədələdir. O, 6 ay futbolsuz qalacaq.

Xəbər lenti