Xəzər Xəbər

Merkeldən Özilin tərəfini saxladı: Baş verənlər xoşuma gəlmədi

İdman | 11:26 • 27 Avqust 2018
Merkeldən Özilin tərəfini saxladı:

Almaniya kansleri Angela Merkel Məsut Özillə bağlı yaranan olaya münasibət bildirib. Almaniya kansleri "ARD" kanalında verlişdə işitrakı zamanı türk əsilli alman futbolçuya qarşı təzyiqlərə etiraz edib.

Angela Merkel futbolçunun Türkiyə prezidenti ilə şəkil çəkdirməsini birmənalı qarşılamasa da, lakin ona qarşı təzyiqləri də məqbul saymayıb: "Şəkilin düzgün və ya yalnış addım olması mövzusunda fərqli fikirlər ola bilər. Lakin sonradan baş verən mübahisənin tərzi heç də xoşuma gəlmədi. İstər Özil, istərsə də köçəri mənşəli başqası mənə, "bu cəmiyyətdə düzgün şəkildə münasibət göstərilmir", deyirsə, bunu ən azından ciddiyə almaq və danışmaq lazımdır"./FaktXəbər

Xəbər lenti