Xəzər Xəbər

Məmmədyarov Karlsenlə heç-heçə etdi

İdman | 10:05 • 27 Avqust 2018
Məmmədyarov Karlsenlə heç-heçə etdi
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Sinkfild Kuboku çərçivəsində keçirilən oyunda Norveç təmsilçisi Maqnus Karlsenlə qarşılaşıb.


XəzərXəbər-in məlumatına görə, turnirin 8-ci turunda keçirilən bu görüş heç-heçə ilə bitib.


Turnirin digər qarşılaşmalarında da heç-heçə qeydə alınıb. 8 turdan sonra lider Fabiano Karuanadır (5 xal). 2-ci, 3-cü, 4-cü və 5-ci yerlərdə Şəhriyar Məmmədyarov, Aleksandr Qrişyuk, Levon Aronyan və Maqnus Karlsen (4,5 xal) qərarlaşıblar.

Turnirin sonuncu 9-cu turu avqustun 27-də keçiriləcək. Təmsilçimiz hindistanlı Vişvanatan Anandla görüşəcək.

Qeyd edək ki, Sinkfild Kubokunun qalibi 75 min dollar qazanacaq.

Xəbər lenti